Çinin Hubei əyalətində koronavirusdan ölənlərin sayı 414 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 13 522-yə çatıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, fevralın 3-də yerli hökumət bu virusdan 64 nəfərin öldüyünü, 2345 nəfərin isə yoluxduğunu açıqlayıb.
Xəstəliyin meydana gəldiyi Uhan şəhərində 1242 yeni yoluxma hadisəsi qeydə alınıb.
Fevralın 4-ü, saat 00:00-a olan məlumata görə, 396 Hubey sakininin koronavirusdan sağaldığı bildirilib.