Çinin xarici işlər naziri Vanq Yi Moskvaya səfər edəcək.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin XİN-in sözçüsü Genq Şuanq jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Səfər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq.
Genq Şuanq bildirib ki, rəsmilər Çin və Rusiya əlaqələrinin 70 illiyi və mühüm qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Çinli diplomat əlavə edib ki, Lavrov və Yi Çin və Rusiya dövlət başçılarının aprel ayınında baş tutan görüşü zamanı əldə olunan razılaşmaların reallaşdırılması məsələsini də müzakirə edəcəklər.