• DÜNYA

    05:12 27 aprel 2019

Çıxış zamanı Donald Trampa telefon atıblar

ABŞ Məxfi Xidməti prezident Donald Trampa mobil telefon atılması faktını araşdırır.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Tramp Milli Atıcılıq Cəmiyyətindəki tədbirdə çıxışa hazırlaşarkən baş verib.

Bildirilir ki, zalda olan bir kişi öz mobil telefonunu çıxış üçün səhnəyə yenicə yaxınlaşan prezidentə atıb. Ancaq telefon yan keçərək yerə düşüb.

Bundan sonra təhlükəsizlik xidməti həmin şəxsi tədbirdən kənarlaşdırıb. Hazırda insidentin təfərrüatları araşdırılır.

Bildirilir ki, Uilyam Rouz adlı şəxsə qarşı asayişin pozulması faktı ilə bağlı ittiham irəli sürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR