Türkiyə tərəfinin Rusiyadan S-400 sistemi alması ilə bağlı məsələ ABŞ və Türkiyə rəsmiləri arasında intensiv şəkildə müzakirə olunur.
ONA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent deyib.
Onun sözlərinə görə, əsas çağırış ondan ibarətdir ki, ABŞ S-400 sistemini inteqrə olunmuş informasiya sistemlərinə təhdid hesab edir: “Bizim hərbi rəhbərliyimiz açıq şəkildə bildirib ki, ölkə həm S-400, həm də F-35-ə sahib ola bilməz. ABŞ öz mövqeyini aydın ifadə edib. Eynilə Türkiyə də mövqeyini açıq bildirib. Biz NATO çərçivəsində müttəfiqimiz olan Türkiyə ilə S-400-lərin yaratdığı çağırışlarla bağlı müzakirələr aparırıq. Lakin türklər də deyiblər ki, S-400-ün üçüncü ölkədə yerləşdirilməsi ilə bağlı fikirlər əsassızdır. Bu, ABŞ və Türkiyənin bu günə kimi razılığa gələ bilmədiyi ciddi məsələdir. Lakin biz bu məsələni müzakirə etməyə davam edirik".