Rusiyanın Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Sergey Melikov, Novolakski rayonu, Novokuli kəndinin keçmiş başçı Abakar Kaplanovun qətlinin istintaqını nəzarətinə götürüb.
APA bildirir ki, bu barədə RİA Novosti bölgə rəhbərinin mətbuat xidmətinə istinadən xəbər verib.
Mətbuat xidməti yaydığı məlumatda aşağıdakılar bildirilir:
"Melikov Novolakski rayonunun Novokuli kəndinin keçmiş başçısı Abakar Kaplanovun qətlinə dair cinayət işinin istintaqını nəzarətə götürüb. Hadisə bir gün əvvəl Sovet rayonu Polis şöbəsinin binasında baş verib”.
Respublika başçısı səlahiyyətlərini icra edən şəxsin hadisəni yerli güc strukturlarının rəhbərliyi ilə müzakirə etdiyi və işin obyektiv araşdırılmasına inandığı da qeyd edilib.
Qeyd edək ki, Kaplanovun Maxaçqalada polis şöbəsinin rəisinin kabinetində vurulduğu bildirilmişdi.
Cinayətdə şübhəli bilinən 2 “Rosgvardia” məmuru saxlanılıb. Və bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.