Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
ONA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Partlayışla əlaqədar matəm elan olunub.
Bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov fərman imzalayıb.
Fərmana əsasən bu gün Dağıstanda matəm elan edilib.