• DÜNYA

    20:36 24 mart 2019

Dağıstanda kütləvi zəhərlənməyə dair cinayət işi qaldırılıb

Dağıstan Daxili İşlər Nazirliyi (DİN) Xasavyurtda kütləvi zəhərlənmə faktı ilə əlaqədar cinayət işi açıb.

ONA-nın “RİA Novosti”-yə istinadən yaydığı xəbərinə görə, şəhər xəstəxanalarının infeksion bölmələri zəhərlənənlərlə doludur.

Qeyd edək ki, 17-23 mart tarixlərində 80-dən artıq insan zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 72-si uşaqdır.

Yerli Səhiyyə nazirliyi xəstələrin sayının 104-ə çatdığını bildirib.

Dağıstan DİN hadisənin səbəbini öyrənmək məqsədi ilə istintaq aparır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR