• DÜNYA

    14:18 30 aprel 2019

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri saxlanılıb

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Osman Xasbulatov 2 sutkalığa saxlanılıb.

ONA-nın məlumatına görə, bu barədə TASS-a regiondakı güc strukturlarından məlumat verilib.

Bildirilir ki, hazırda onun evində və iş yerində axtarış aparılır. O, Dağıstan Daxili İşlər Nazirliyinin başlatdığı Çoxfunksiyalı Mərkəzə ayrılmış 20 milyon rubl vəsaitin mənimsənilməsinə dair cinayət işi çərçivəsində saxlanılıb.

Osman Xasbulatov bu gün Moskvadan qayıdarkən Mahaçqala aeroportunda tutulub. Mənbə daha əvvəl bu işlə bağlı mərkəzin şöbə rəhbərlərindən birinin saxlandığını deyib.

Osman Xasbulatov 2013-2018-ci illərdə dövlət və bələdiyyə xidmətləri göstərən Çoxfunksiyalı Mərkəzin rəhbəri olub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR