Danimarkada ilk dəfə olaraq koronavirusun Cənubi Afrikada mutasiya etmiş variantı (B.1.351 / 501Y) aşkarlanıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Danimarka Dövlət Serum İnstitutunun məlumatında bildirilib.
Yeni varianta yoluxmuş ölkə vətəndaşının yaxın günlərdə Dubaydan səfərdən qayıtdığı qeyd olunub.