• DÜNYA

    03:10 29 iyun 2020

DÇ-2018-dən sonra hələ də 2 mindən çox əcnəbi Rusiyanı tərk etməyib

“2018-ci ildə futbol üzrə Dünya Çempionatını seyr etmək üçün azarkeş pasportu ilə ölkəyə daxil olan 2 mindən çox əcnəbi hələ də Rusiya Federasiyası ərazisini tərk etməyib”.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Yevgeni İvanov “Kommersant” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən azarkeşlər ölkəyə vizasız daxil olublar: “Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin əcnəbi azarkeşlər əslində qanunsuz miqrantlardır".

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR