• DÜNYA

    17:04 13 sentyabr 2020

DİN: Minskdə 250 nəfər aksiya iştirakçısı saxlanılıb

Belarusda icazəsiz keçirilən mitinqdə 250 nəfər saxlanılıb.

APA bildirir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova “RİA Novosti”yə bildirib.

Məlumata görə, aksiyada vəziyyət nəzarət altına alınıb.

Mətbuat katibi qeyd edib ki, saxlanılanlar müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən bayraqlardan, rəmzlərdən və təhqiramiz plakatlardan istifadə ediblər.

Onun sözlərinə görə, yerli vaxtla saat 15.00-da ölkədə 17 yerdə aksiyalarının olması qeydə alınıb və iştirakçıların ümumi sayı 3 min nəfəri keçməyib.

Olqa Çemodanova onu da bildirib ki, aksiya iştirakçıları bir neçə yerdə yolları bağlayıb və bununla əlaqədar olaraq Dövlət Yol Polisinin əməkdaşları müvafiq tədbirlər görür. O, qeyd edib ki, polisin fəaliyyəti ictimai asayişin qorunması, qanun pozuntularının qarşısının alınması ilə bağlıdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR