Dominikan Respublikasının Bani şəhərində binanın divarının çökməsi nəticəsində az üç nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə yerli “El Nacional” qəzeti məlumat dərc edib.
Daha bir neçə nəfərin müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığı bildirilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Dağıntılar altında qalanların axtarışı davam edir.