Dominikan Respublikasında 60 rusiyalı turistin olduğu avtobus yük maşını ilə toqquşub, daha sonra aşıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, avtobus hava limanına doğru hərəkət edən zaman qəza baş verib.
Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 20-dən çox insan yaralanıb. Ölənlər barədə hələlik məlumat yoxdur.
Zərərçəkənlərin artıq xəstəxanaya yerləşdirildiyi qeyd olunur.