Dominikan Respublikasında göyərtəsində 4 nəfərin olduğu yüngülmühərrikli təyyarə radarların ekranından yoxa çıxıb.
APA xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.
Bildirilir ki, Baraona əyalətinin Mariya-Montes hava limanından havaya qalxdıqdan yarım saat sonra təyyarənin ekipaj üzvü dispetçerlərlə rabitə əlaqəsini dayandırıb.
Dominikan mülki aviasiya institutu ölkənin hərbi qurumunun dəstəyi ilə təyyarənin axtarışlarına başlayıb.