ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin ticarət danışıqları üzrə “razılaşmanı pozub”.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o bu barədə Floridada tərəfdarlarının qarşısında çıxış edərkən deyib.
“Onlar razılaşmanı pozdu. Onlar bunu edə bilmədilər. Ona görə də cavab verəcəklər. Biz rüsumları qaldıracağıq və geriyə addım atmayacağıq”, - deyə Tramp vurğulayıb.
Bununla yanaşı, prezident deyib ki, bu gün Çinin baş bazirinin müavini Lyu Xe Vaşinqtona səfər edəcək.