ABŞ prezidenti Donald Tramp iyunda dövlət səfəri ilə Böyük Britaniyaya getməyi planlaşdırır.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Tramp Bukingem sarayına baş çəkəcək. Prezidentin səfər hazırlığı ilə bağlı rəsmi məlumatın 48 saat ərzində veriləcəyi gözlənilir.
Qeyd edək ki, aprelin əvvəllərində “The Sunday Times” nəşri yazaraq bildirmişdi ki, kraliça II Yelizaveta ABŞ prezidentini Birləşmiş Krallığa rəsmi səfərə dəvət etməyi düşünür. Nəşrin yazdığına görə, Britaniya hökumətinin nümayəndələri hələ ötən ilin sonunda Ağ Evdəki həmkarları ilə məxfi danışıqlar apararaq, səfər hazırlığını müzakirə ediblər.