Prezident Donald Tramp ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə yeni namizəd irəli sürüb.
ONA CNN-ə istinadən xəbər verir ki, D.Tramp bunu özünün “Twitter” səhifəsində bildirib.
Onun sözlərinə görə, yeni namizəd ABŞ-ın Kanadadakı səfiri Kelli Nayt Kraftdır.
Qeyd edək ki, ötən il ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bu vəzifədən istefa verib.