Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp və onun həyat yoldaşı Melana Tramp Yaponiyaya gediblər.
ONA-nın xəbərinə görə, bu barədə “NHK News” məlumat yayıb.
Nəşrin yazdığına görə, D. Tramp Yaponiyada 4 günlük rəsmi səfərdə olacaq.
ABŞ prezidenti Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək ilk xarici dövlət rəhbəri olacaq.
Səfərin gedişində D. Tramp yeni imperiya dövründə ilk sumo güləşi yarışını izləyəcək.