ABŞ prezidenti Donald Tramp yaxın aylarda iki dəfə Yaponiyaya səfər edəcək.
ONA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinin ilk səfəri şahzadə Naruhito Yaponiyanın 126-cı imperatoru olandan sonra baş tutacaq. Şahzadə Naruhito mayın 1-də Yaponiyanın 126-cı imperatoru olacaq.
Donald Tramp iyun ayında Osaka şəhərində keçiriləcək G20 sammitində də iştirak edəcək.