ABŞ prezidenti Donald Trampın korteji Luiziana ştatında qəzaya uğrayıb.
ONA-nın məlumatına görə, bu barədə “Bloomberg”in müxbiri Cennifer Ceykobs öz “twitter” səhifəsində yazıb.
“Prezidentin olduğu avtomobil qaydasındadır. Lakin korteji müşayiət edən 3 motosiklet aşıb”,- deyə o bildirib.
Ağ evin mətbuat katibi Sara Sanders faktı təsdiqləsə də, hadisənin başvermə səbəbini açıqlamayıb.