“Mən "Wikileaks" haqqında heç nə bilmirən. Bu, mənim işim deyil”.
ONA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Wikileaks" saytının yaradıcısı Culian Assanjın həbsini şərh edərkən bildirib.
O bildirib ki, C.Assanjla baş verənləri izləyir: “Bununla bağlı qərarı Baş Prokuror verəcək. Mən bununla məşğul olmuram”.
Qeyd edək ki, 2016-ci ildə prezident seçkiləri öncəsi Donald Tramp "Wikileaks"i sevdiyini və onların işini yüksək qiymətləndirdiyini bildirmişdi. Hazırda Culian Assanjın ABŞ-a ekstradisiyası məsələsi gündəmdədir.