• DÜNYA

    11:27 16 aprel 2019

Donald Tusk Aİ ölkələrini Notr-Dam-de-Paris kilsəsinin təmirində iştirak etməyə çağırıb

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa İttifaqına daxil olan 28 üzv ölkəni Notr Dam kilsəsinin bərpasında iştirak etməyə səsləyib.

ONA xəbər verir ki, bu barədə Donald Tusk öz rəsmi Twitter səhifəsində yazıb.

“Vaxtılə 90%-i dağıdılmış və yandırılmış və sonradan bərpa edilmiş Qdansk şəhərinin vətəndaşı kimi, fransız xalqına təsəlli və birlik sözlərini çatdırmaq istəyirəm. Siz öz kilsənizi bərpa edəcəksiniz" - deyə D.Tusk qeyd edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR