• DÜNYA

    08:23 11 oktyabr 2019

“Dorian” qasırğası nəticəsində itkin düşənlərin sayı min nəfəri ötüb


Baham höküməti sentyabr ayında “Dorian” qasırğası nəticəsində adalarda itkin düşən 1208 nəfərin axtarıldığını açıqlayıb.

APA TASS-a istinadla xəbər verir ki, fəlakət qurbanlarının sayının 60 nəfərə çatdığı bildirilir.

Qasırğa nəticəsində ölkə iqtisadiyyatına 573 milyon dollardan çox Maddi ziyan dəyib. Ümumilikdə 13 minə yaxın bina yararsız vəziyyətə düşüb, geniş ərazilər su altında qalıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR