• DÜNYA

    16:36 1 sentyabr 2019

"Dorian" qasırğasının gücü beşinci kateqoriyaya yüksəlib

Atlantik okeanda formalaşan "Dorian" qasırğasının gücü ən yüksək - beşinci kateqoriyaya yüksəlib.

ONA-nın məlumatına görə, bu barədə Qasırğaları İzləmə üzrə ABŞ Milli Mərkəzi məlumat yayıb.

Hazırda qasırğanın mərkəzində küləyin sürəti saatda 257 kilometrə çatır.

Yaxın vaxtlarda dağıdıcı qasırğa Baham adaları qrupuna daxil olan Abako adasını vuracaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR