• DÜNYA

    05:20 28 noyabr 2019

Dövlət Departamenti NATO-nu tarixin ən uğurlu ittifaqı adlandırıb

ABŞ Dövlət Departamenti NATO-nu tarixin ən uğurlu ittifaqı hesab edib və rəsmi Vaşinqtonun bundan sonra da alyansda liderliyi qruyub saxlayacağını bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti nümayəndəsi açıqlama verib.

Qeyd edilib ki, ABŞ son 70 ildə beynəlxalq sülhün və təhlükəsizliyin dayaq nöqtəsinə çevrilib.

Qeyd edək ki, dekabrın 3-4 tarixində Londonda NATO-ya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, Fransa Prezidenti Emanuel Makronun noyabrın əvvəlində "The Economist" jurnalına verdiyi müsahibədə NATO ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olmuşdu. O, NATO çərçivəsində koordinasiyanın tamamilə itirildiyini deyərək, alyansı "ölmüş beyin" adlandırmışdı.

NATO baş katibi Yens Stoltenberq və Almaniya Kansleri Angela Merkel bu fikirlərlə razılaşmadıqlarını, ABŞ Prezidenti Donald Tramp isə Makronın açıqlamalarından məyus olduğunu bildirib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR