ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Nauert vəzifəsini tərk edib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Mayk Pompeo “Twitter” hesabında bildirib.
Pompeo iki il müddətində öz xidmətinin icrası zamanı göstərdiyi “əlahiddə mükəmməl” fəaliyyətinə görə Dövlət Departamenti “ailəsi” adından Nauertə minnətdarlığını bildirib.
O, həmçinin bildirib ki, H.Nauert “Fulbrayt” proqramı üzrə nümayəndə kimi özünü yaxşı göstərə bilər.