• DÜNYA

    12:13 28 fevral 2019

Tramp: "Şimali Koreya bütün sanksiyaların aradan qaldırılmasını istədi"

"Vyetnam sammitinin uğursuluğunun səbəbi Şimali Koreyanın bütün sanksiyaların qaldırılmasını istəməsidir".

ONA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutan sammitdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Mən sazişi bu gün imzaya bilərdim, ancaq mən bunu tez yox, düzgün şəkildə etmək istəyirəm”, - deyə D.Tramp bildirib.

O, ABŞ nümayəndə heyətinin danışıqlar masasından birtərəfli qaydada durub getmədiyini, Şimali Koreyad nümayəndə heyəti ilə əl sıxışaraq ayrıldığını vurğulayıb: "Bu gün sazişi imzalasaydıq, "nə pis bir anlaşma" deyəcəkdiniz. Kim çox uğurlu bir ölkəyə sahib olmaq şansına malikdir, bunun üçün iqtisadi potensial da var. Kim mənə söz verdi, danışıqlarımız davam edəcək. Mən ona inanıram".

Rəna

Teqlər:

SON XƏBƏRLƏR