Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) polisi koronaviruslu xəstələri göstərə bilən infraqırmızı kameralar və üz tanıma texnologiyası olan “ağıllı” dəbilqələrdən istifadə etməyə başlayıb.
APA xəbər verir ki, bu barədə “Khaleej Times” qəzeti məlumat yayıb.
“Dəbilqələr beş metr məsafədə dəqiqədə 200 nəfərin hərarətini öyrənə bilir, yüksək temperaturu olan insanı müəyyən etydikdə isə siqnal verir. Dubaydakı bütün polis məntəqələri, həmçinin patrul stansiyaları, metro və avtovağzallarda yoxlamalar aparan patrul işçiləri belə dəbilqələrlə təchiz olunub”, - deyə nəşr yazıb.