Dubay əmirliyində “Dünyanın ən yaxşı müəllimi” müsabiqəsinə yekun vurulub.
ONA-nın Dubayın rəsmi mətbuat xidmətinə istinadən yaydığı xəbərinə görə, «Dünyanın ən yaxşı müəllimi» adını və 1 milyon dollar mükafatı Keniyadan olan keşiş Piter Tabiçi qazanıb.
Mükafatlandırma mərasimini amerikalı aktyor Hyu Cekman aparıb, qalibə mükafatı isə Dubay şahzadəsı Həmdan ibn Məhəmməd Əl-Maktum təqdim edib.
36 yaşlı Piter Tabaçı Keniyada orta məktəbdə dərs deyir və əmək haqqının böyük hissəsini kasıblara verir.
“Dünyanın ən yaxşı müəllimi” mükafatı 2015-ci ildən hindistanlı biznesmen Sanni Varkeyin xeyriyyə fondu tərəfindən təsis olunub.
Bu il müsabiqəyə 179 ölkədən 10 min ərizə daxil olub.