• DÜNYA

    02:24 16 aprel 2019

Dünya liderləri Notr-Dam kiləsində yanğına görə fransız xalqına dəstək veriblər 

Notr-Dam-de-Paris kilsəsinin yanması dünya içtimaiyyətini kədərləndirib.

ONA xəbər verir ki, Parisdə baş verən yanğınla bağlı dünya ölkələrinin liderləri fransız xalqına dəstək veriblər.

ABŞ prezidenti Donald Tramp Notr-Dam-de-Paris kilsəsini dünyanın ən böyük xəzinələrindən biri adlandırıb. O, yanğınla bağlı Fransa rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb, təəssüfünü ifadə edib.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker, BMT-nın baş katibi Antoniu Quterriş və digər şəxslər də faciə ilə əlaqədar fransız xalqına dəstəklərini bildiriblər.

Dünya mətbuatı da yanğına geniş yer ayırıb.

Fransa prezidenti Emanuel Makron Notr-Dam-de-Paris kilsəsini tam bərpa etməyə söz verib.

Onun sözlərinə görə, kilsə Fransa tarixinin ayrılmaz hissəsidir və onun bərpasında heç kəs öz gücünü əsirgəməməlidir.

Sabahdan etibarən Fransa və onun hüdudlarından kənarda kilsənin bərpası üçün xeyriyyə vəsaitinin yığılmasına start veriləcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR