Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,52 milyondan çox insanın bu virusa yoluxmasına yol açıb.
APA “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 96 371 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 522 026 nəfərə çatıb.
Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 5317 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 303 082 nəfərdir. İndiyədək 1 702 152 nəfər sağalıb və hazırda 2 516 792 aktiv yoluxmuş xəstə var ki, onlardan 45 566 nəfərin vəziyyəti ağırdır.
Ən çox yoluxma halları artıq Amerika qitəsindədir. Ötən 24 saatda burada 51 009 nəfərdə virus aşkar olunub ki, bununla da yoluxanların ümumi sayı 1 978 045 nəfərə çatıb. İndiyədək 117 710 nəfər isə dünyasını dəyişib. Cəmi 525 161 nəfər sağalıb.
İkinci yerdə Avropa gəlir. Burada son sutka ərzində 22 352 nəfər COVID-19-a yoluxub (ümuilikdə 1 718 673), 1695 nəfər isə eyni diaqnozdan dünyasını dəyişib (ümumilikdə 159 068). Sağalanların sayı 721 957 nəfərdir.
Ölkələr üzrə ən çox yoluxma halları ABŞ (1 457 593), İspaniya (272 646), Rusiya (252 245), Böyük Britaniya (233 151), İtaliya (223 096), Braziliya (202 918), Fransa (178 870), Almaniya (174 975), Türkiyə (144 749) və İranda (114 533) qeydə alınıb.