• DÜNYA

    22:03 2 may 2020

Dünyada 3,4 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 3,4 milyonu keçib və 3 451 594 nəfərə çatıb, təxminən 243 min insan da eyni diaqnozdan həyatını itirib.

APA “Worldometer”ə istinadən xəbər verir ki, son sutka ərzində dünyada 53 500 yoluxma və 3556 da ölüm faktı qeydə alınıb. Bütün pandemiya dövründə 243 004 nəfər ölüb.

Yoluxma hallarının çoxu təxminən 140 min nəfərin öldüyü Avropada (1 422 805 nəfər) qeydə alınıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR