Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4 milyondan çox insanın bu virusa yoluxmasına yol açıb.
APA “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 01:30-a olan statistikaya əsasən, son bir sutka ərzində 87 328 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 000 972 nəfərə çatıb.
Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 4926 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 275 352 nəfərdir. İndiyədək 1 375 955 nəfər sağalıb və hazırda 2 349 665 aktiv yoluxmuş xəstə var.
Ən çox yoluxma halları Avropa bölgəsindədir. Burada indiyədək 1 581 130 nəfərdə virus aşkar olunub, 150 469 nəfər isə dünyasını dəyişib. Cəmi 628 107 nəfər sağalıb.
Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ (1 318 504), İspaniya (260 117), İtaliya (217 185), Böyük Britaniya (211 364), Rusiya (187 859), Fransa (176 079), Almaniya (170 489), Braziliya (141 088), Türkiyə (135 569) və İranda (104 691) qeydə alınıb.