Dünyada COVID-19 xəstələrinin ölüm sayı 1,5 milyonu keçib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Dekabrın 3-ü tarixinə olan hesabatda bildirilib ki, dünyada koronavirusa yoluxanlardan 1 501 076 nəfəri dünyasını dəyişib. Yoluxma sayı isə 65 milyona yaxınlaşır.