• DÜNYA

    04:08 25 aprel 2021

Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı 1 milyardı keçib

Dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı 1 milyardı ötüb.

APA “France-Presse”ə istinadən xəbər verir ki, rəsmi qurumların ümumi hesablamalarına görə, 1 002 938 540 nəfərə peyvənd vurulub.

Şənbə günü saat 21:45-ə olan məlumata görə, peyvəndləmə kampaniyası 207 ölkədə və ərazidə həyata keçirilib.

Qeyd edək ki, pandemiyanın başlayandan bəri dünyada 145 milyondan çox insan koronavirusa yoluxub, təxminən 3,1 milyon insan ölüb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR