Dünyada koronavirusa yoluxanların sayı 1 milyon 700 mini keçib
  • DÜNYA

  • 12:53 11 Aprel 2020

Dünyada koronavirusa yoluxanların sayı 1 milyon 700 mini keçib

Dünyada yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon 700 mini keçib.

APA-nın xəbərinə görə, bu barədə “Worldomet” saytı məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-da yoluxma sayı 502 min 876, İspaniyada 158 min 273, İtaliyada 147 min 577, Fransada 124 min 869, Almaniyada isə 122 min 171 nəfərdir.

Virusun ortaya çıxdığı Çində isə 81min 963 nəfər pandemiyaya yoluxub.

Dünya üzrə virusdan 102 min 755 nəfər ölüb, 376 min 548 nəfər isə sağalıb.

Hazırda 1 milyon 221 min 75 nəfər müalicə alır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR