• DÜNYA

    10:05 3 sentyabr 2020

Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu ötüb

Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 26 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada artıq 26 031 410 nəfərdə koronavirus aşkarlanıb. İndiyə kimi 863 028 nəfər COVID-19-dan ölüb, 17 291 874 nəfər sağalıb.

Ən çox yoluxma halı ABŞ (6 113 359), Braziliya (3 997 865) və Hindistanda (3 769 523) qeydə alınıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR