• DÜNYA

    05:38 13 may 2020

Dünyada koronavirusa yoluxanların sayı 4,33 milyonu, bu virusdan ölənlərin sayı isə 290 mini keçib

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,34 milyona qədər insanın bu virusa yoluxmasına yol açıb.

APA “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 85 335 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 337 625 nəfərə çatıb.

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 5320 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 292 451 nəfərdir. İndiyədək 1 597 865 nəfər sağalıb və hazırda 2 447 309 aktiv yoluxmuş xəstə var.

Ən çox yoluxma halları Avropa bölgəsindədir. Burada indiyədək 1 675 742 nəfərdə virus aşkar olunub, 155 762 nəfər isə dünyasını dəyişib. Cəmi 685 246 nəfər sağalıb.

Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ (1 408 636), İspaniya (269 520), Rusiya (232 243), Böyük Britaniya (226 463), İtaliya (221 216), Fransa (178 225), Braziliya (177 6021), Almaniya (173 171), Türkiyə (141 475) və İranda (110 767) qeydə alınıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR