• DÜNYA

    10:07 14 iyun 2020

Dünyada koronavirusa yoluxanların sayı 7,76 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 7,76 milyon nəfəri ötüb, pandemiya 188 ölkəni əhatə edir.

ONA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bu gün səhərə olan məlumat əsasən, dünyada 7 milyon 766 min 952 nəfər koronavirusa yoluxub. Sutka ərzində virusa yoluxanların sayı 134,1 min nəfər artıb. İndiyə qədər koronavirusa yoluxan 429 min 736 nəfər ölüb, 3 milyon 690 min nəfər sağalıb.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb. İkinci yerdə 850,5 min nəfərlə Braziliya, üçüncü yerdə 520,1 min nəfərlə Rusiya gəlir. Hindistan 308,9 min yoluxma ilə Böyük Britaniyanı (195,8 min yoluxma) qabaqlayaraq dördüncü sıraya yüksəlib. İlk onluğa İspaniya, İtaliya, Peru, Fransa və Almaniya daxildir.

Virusa yoluxma nəticəsində ən çox ölüm faktı ABŞ-da qeydə alınıb. Bu ölkədə koronavirusa yoluxan 115 min 436 nəfər ölüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR