Dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 9,6 milyonu keçib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti öz hesabatında bildirib.
Universitetin Bakı vaxtı ilə saat 05:30-a olan məlumatına görə, dünya üzrə COVID-19 virusuna yoluxanların sayı 9 614 845 nəfərdir. Universitet, həmçinin 490 141 nəfərin bu virusun qurbanına çevrildiyini, daha 4 812 121 dünya əhalisinin də müalicə olunaraq sağaldığını qeyd edib.
Universitetin hesabatında virusa ən çox yoluxma hallarının ABŞ (2 452 460), Braziliya (1 228 114) və Rusiyada (613 148) qeydə alındığı da öz əksini tapıb.