Koronavirus pandemiyası zamanı dünyada 27 milyondan çox insanda infeksiyaya yoluxma öz təsdiqini tapıb. İndiyədək 27 060 255 nəfər bu virusa yoluxub.
APA xəbər verir ki, bu barədə məlumatlar “Worldometers” portalında dərc olunub.
Həmçinin 19,2 milyona yaxın koronaviruslu xəstə müalicə olunaraq sağalıb. Bundan əlavə, 883 618 planet sakini bu xəstəliyin qurbanı olub.
Hazırda 7 016 597 aktiv virus daşıyıcısı var ki, onların da 60 709-nun vəziyyəti ağırdır.
Ən çox yoluxma halları ABŞ (6 431 152), Braziliya (4 123 000), Hindistan (4 110 839), Rusiya (1 020 310) və Peruda (683 702) qeydə alınıb.