Dünyada koronavirusdan ölənlərin sayı 920 mini keçib
  • DÜNYA

  • 10:05 13 Sentyabr 2020

Dünyada koronavirusdan ölənlərin sayı 920 mini keçib

Planetimizdə koronavirus qurbanlarının sayı 920 mini keçib, 28,7 milyondan çox insan bu virusa yoluxub.

APA bildirir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti öz hesabatında qeyd edib. Hesabatda qeyd olunur ki, dünyada indiyə kimi virusa 28 759 036 insan yoluxub. 920 231 nəfər isə infeksiya səbəbi ilə dünyasını dəyişib.

Ən çox yoluxma halı ABŞ-da rast gəlinib. Ondan sonra isə Hindistan və Braziliya gəlir.

ONA

Teqlər: koronavirus dünya

OXŞAR XƏBƏRLƏR