Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 718 mindən çox artaraq, ümumilikdə 133,53 milyonu keçib ki, bu da yanvarın 10-dan bəri sutkalıq yoluxmada ən yüksək göstəricidir.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.
Məlumata görə, son bir gündə ölənlərin sayı 12,6 mindən çox artaraq 2,88 milyonu keçib.
9 aprel Bakı vaxtı ilə saat 19:17-yə olan məlumata əsasən, 132 730 691 nəfər koronavirusa yoluxub, 2 880 726 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 718 659 nəfər, ölənlərin sayı isə 12 639 nəfər artıb.
Ötən gün ərzində yoluxma hallarının 35%-dən çoxu Avropada (257 789) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (247 444), üçüncü yerdə Cənub-Şərqi Asiya (145 724) yer alıb.
İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 30 615 849 nəfər. Onun ardınca Braziliya (13 193 205), Hindistan (13 060 542), Fransa (4 862 115), Rusiya (4 623 984), Böyük Britaniya (4 370 325), İtaliya (3 717 602), Türkiyə (3 689 866), İspaniya (3 336 637), Almaniya (2 956 316), Polşa (2 528 006) və Kolumbiya (2 479 617).