Dünyada son sutkada 206 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb
  • DÜNYA

  • 08:20 06 Avqust 2020

Dünyada son sutkada 206 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

Dünyada son sutka ərzində 206 709 koronavirusa yoluxma qeydə alınıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilib ki, son 24 saat ərzində dünyada COVİD-19-dan 5116 xəstə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, dünya üzrə ümumilikdə 18 354 342 nəfər koronavirusa yoluxub, 696 147 nəfər ölüb.

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR