Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 805 mindən çox artaraq, ümumilikdə 137,86 milyonu keçib.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.
Məlumata görə, son bir gündə ölənlərin sayı 13 mindən çox artaraq 2,96 milyonu keçib.
15 aprel Bakı vaxtı ilə saat 17:32-yə olan məlumata əsasən, 137 866 311 nəfər koronavirusa yoluxub, 2 965 707 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 805 444 nəfər, ölənlərin sayı isə 13 036 nəfər artıb.
Ötən gün ərzində yoluxma hallarının 33%-dən çoxu Avropada (266 469) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (242 607), üçüncü yerdə Cənub-Şərqi Asiya (213 929) yer alıb.
İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 31 29 700 nəfər. Onun ardınca Hindistan (14 074 564), Braziliya (13 599 994), Fransa (5 069 999), Rusiya (4 675 153), Böyük Britaniya (4 378 309), Türkiyə (4 025 557), İtaliya (3 809 193), İspaniya (3 387 022), Almaniya (3 073 442), Polşa (2 642 242) və Argentina (2 579 000) gəlir.