"Dünyada koronavirusa yoluxanların sayı 60 534 526-ya, ölənlərin sayı isə 1 426 101-ə yüksəlib. Son sutkada 441 157 yoluxma, 9310 ölüm hadisəsi qeydə alınıb".
APA-nın TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə günü yaydığı hesabatında bildirilib.
Qeyd edilib ki, infeksiyaya yoluxma hadisələrinin 55 faizdən çoxu Avropada (243.912) baş verib. Şimali və Cənubi Amerikada 92 802, Cənub-Şərqi Asiyada isə 54 160 yoluxma müşahidə edilib.
Ölkələr üzrə isə ən çox yoluxma hadisələri ABŞ-da (12 441 925) Hindistanda (9 309 787), Braziliyada (6 166 606), Rusiyada (2 215 533), Fransada (2 144 917), İspaniyada (1 617 355), Böyük Britaniyada (1574566), İtaliyada (1509875), Argentinada (1390388), Kolumbiyada (1270991), Meksika (1070487) və Almaniyada (1006394) qeydə alınıb.