İran İslam Şurası Məclisi xarici vətəndaşlarla ailə quran iranlı qadınların uşaqlarına vətəndaşlıq verilməsi haqqında qanun layihəsini qəbul edib.
ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, 188 deputat qanun layihəsinin lehinə, 20 deputat əleyhinə səs verib, 3 deputat bitərəf qalıb.
Qanun layihəsi son oxunuşda qəbul edildikdən və təsdiqləndikdən sonra əcnəbilərə ərə gedən iranlı qadınların uşaqları İran vətəndaşlığı da ala biləcək.