• DÜNYA

    17:01 11 dekabr 2022

Əfqanıstan-Pakistan sərhədində atışmada 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Əfqanıstan-Pakistan sərhədində minaatanlardan açılan atəş nəticəsində ən azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

ONA-nın xəbərinə görə, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

“Tolo News” telekanalı Taliban Hərəkatının silahlıları ilə Pakistan sərhədçiləri arasında atışmanın hələ də davam etdiyi, “Hasht-e Subh Daily” qəzeti isə atışmanın 5 saat davam etdiyi, sonra dayandığı barədə xəbər yayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR