• DÜNYA

    12:01 28 aprel 2019

Əfqanıstanda 100 ton tiryək məhv edilib

Əfqanıstan ordusu və koalisiya qüvvələri Fərəh vilayətində əməliyyat keçirib.

ONA-nın "Khaama Press" agentliyinə istinadən verdiyi məlumata görə, vilayətin Bakva rayonunda keçirilən əməliyyat zamanı 100 tondan artıq tiryək məhv edilib.

Qeyd edək ki, Əfqanıstan hökuməti "Taliban" Hərəkatını tiryək becərilməsi və qaçaqmalçılığında günahlandırır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR