• DÜNYA

    22:02 26 may 2019

Əfqanıstanda əməliyyatlar zamanı "Taliban"ın 19 üzvü məhv edilib

Əfqanıstanın cənub-şərqindəki Paktika və Qazni əyalətlərində xüsusi təyinatlı qüvvələrin keçirdikləri əməliyyat və aviazərbələr nəticəsində “Taliban” silahlı qruplaşmanın azı 19 döyüşçüsü məhv edilib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Khaama Press” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

“Əfqanıstan xüsusi təyinatlılarının əməliyyatı Bermal rayonunda keçirilib. Nəticədə 15 “Taliban” silahlısı və çoxlu miqdarda silah-sursat məhv edilib”, - məlumatda belə deyilir.

Agentliyin məlumatına görə, Qazni əyalətində endirilən aviazərbələr zamanı isə daha dörd “Taliban”çı zərərsizləşdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR